805
15:37
19 Noyabr 2019

Ağsu aşırımında yük maşını aşdı, ölən var - YENİLƏNİB

Ağsu rayonunda yük avtomobilinin aşması nəticəsində xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində yük avtomobilinin aşması nəticəsində Qobu qəsəbə sakini, 32 yaşlı Rüstəmov Tahir Kamil oğlu və Sumqayıt sakini, 26 yaşlı Abdullayev Rasim Rüstəm oğlu xəsarətlə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, Tahir Rüstəmovun həyatını xilas etmək mümkün olmayıb.

***

13:30

Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində qeydə alınıb. Yük avtomobilinin aşması nəticəsində iki nəfər ağır xəsarət alıb.

Yaralılar Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.