560
19:05
19 Noyabr 2019

İtkin düşən qadın tapıldı

Bakıda itkin düşən qadın tapılıb.

Lent.az -ın məlumatına görə, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində yaşayan 50 yaşlı İ.Zahidova oktyabrın 25-də saat 22 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmamışdı.

Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Zahidova tapılaraq ailəsinə təhvil verilib.