738
16:31
19 Noyabr 2019

Xəzərdə batan neftçidən YENİ XƏBƏR

Noyabrın 18-də Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında batan 54 yaşlı Şərifov İlqar Şirin oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən APA -ya verilən məlumata görə, İ. Şərifovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, İ.Şərifov neftçi olub. “SOCAR”ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov APA -ya bildirib ki, lakin buna baxmayaraq o, “SOCAR”ın əməkdaşı deyil: "İlqar Şərifov “AzGerneft”in əməkdaşıdır. “AzGerneft” Məhdud Məsuliyyətli Сəmiyyət isə “SOCAR”ın birgə müəssisəsidir. Hadisə iş prosesi zamanı baş verməyib. İlqar Şərifov işdən sonra dənizdə batıb".