6112
16:54
19 Noyabr 2019

Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq etdi? - YENİLƏNİB

"Xəbər saytları mənə qarşı kampaniyaya başlayıblar".

Lent.az xəbər verir ki, bu sözləri Elçin Əlibəyli sosial şəbəkə hesabında bildirib. Aparıcı əlavə edib ki, bir-birinin ardınca yalan, sifarişli xəbərlər qoyulur:

"Bütün yazılanlar yalandır və mətbuatın bu iyrəncliyinə etiraz olaraq ölkəni birdəfəlik tərk edirəm, təki dincəlsinlər! Həyat yoldaşımın adını hallandıran saytları bir-bir məhkəmə qarşısına çıxaracam".

***

16:42

Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb.

Lent.az oxu.az-a istinadla bildirir ki, bununla bağlı hüquq-mühafizə orqanlarından məlumat verilib.

E.Əlibəyli Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Elçin Əlibəylinin həyat yoldaşı bunun təxribat olduğunu bildirib.