643
18:20
19 Noyabr 2019

Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb

Bu ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələrində 46898 nikah və 12713 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Lent.az -a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı dəyişməyərək eyni səviyyədə (6,3) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.