554
20:55
19 Noyabr 2019

Bakı metrosunda sərnişin sıxlığı müşahidə edilib

Bu gün saat 7 radələrində Bakı metropoliteninin “Koroğlu” stansiyasının platformasında “Alov” parkı istiqamətində 5 dəqiqə ərzində sərnişin sıxlığı müşahidə edilib.

Bu barədə APA -ya Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, həmin vaxt stansiyanın həmin istiqamətdə olan bütün çıxış qapıları açıq olub: “Sərnişinlər həmin qapıları rahatlıqla tərk ediblər”.

B.Məmmədov əlavə edib ki, hər bir sərnişindən metropolitendən istifadə qaydalarında əks olunan tələblərə riayət etmələri xahiş edilir: “Tələblər bundan ibarətdir ki, həm metropoliten işçiləri, həm də sərnişinlər platformada və qatarlara minərkən bərabər paylanmaya diqqət etməlidirlər. Bu baxımdan belə vəziyyətlərin yaranmaması üçün sərnişinlərimizdən qaydalara riayət etməyi rica edirik”.