374
02:26
20 Noyabr 2019

Bakıda 33 yaşlı kişi bıçaqlandı

Bakının Nizami rayonunda mübahisə zəminində bıçaqlanma hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə "Xudafərin" restoranının yaxınlığında qeydə alınıb. 1987-ci il təvəllüdlü Vəliyev Murtuz Hüseyn oğlu bir neçə nəfərlə mübahisə zamanı kəsici alətlə xəsarət alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.