1046
12:01
20 Noyabr 2019

4 rayonda "ASAN Xidmət" açılacaq

"Tovuz, Kürdəmir, Ağcabədi və Şamaxıda "ASAN Xidmət" kompleksləri ilə bağlı işlər yekunlaşmaq üzrədir".

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mətbuat konfransında bildirib.

Agentlik sədri qeyd edib ki, çox qısa müddət sonra həmin komplekslərin açılışı olacaq və onlar fəaliyyətə başlayacaq.