222
13:06
20 Noyabr 2019

"Ford" markalı yük avtomobili yandı

Quba rayonunda avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az -a verilən məlumata görə, hadisə rayonun Qımıl kəndində baş verib. Belə ki, "Ford" markalı yük avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.