500
14:47
20 Noyabr 2019

Mehriban Əliyeva Dmitri Medvedevlə görüşəcək

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın Baş Naziri Dmitri Medvedevlə görüşəcək.

APA-nın Rusiya hökumətinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüş sabah Moskva şəhərində baş tutacaq.

Görüşdə Azərbaycan-Rusiya əməkdaşlığı müzakirə olunacaq.

Eyni zamanda görüş zamanı tərəflər ölkələr arasında ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparacaqlar.