320
11:05
21 Noyabr 2019

29 yaşlı gənci həmyerlisi bıçaqladı

Şəkidə bıçaqlanma hadisəsi olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki Regional qrupundan Lent.az -a daxil olan məlumata görə, hadisə şəhərin A.Əhmədov küçəsində qeydə alınıb. Şəki şəhər sakini, 29 yaşlı Turan Vidadi oğlu Əzizli mübahisə zəminində bıçaqlanıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, onun həyati təhlükəsi olmadığı üçün ambulator müalicəyə buraxıldığı bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən Şəki şəhər sakini 24 yaşlı Rəşad Salmanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.