431
10:40
21 Noyabr 2019

Türkiyədən qonaq gəlib itkin düşdülər

Bakıda itkin düşən Türkiyə vətəndaşları tapılıb.

APA-nın məlumatına görə, Türkiyədən Bakıya qonaq gələn Terikli Serhad Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, arvadı, 21 yaşlı Aytac Səmədovanın, övladı, 2019-cu il təvəllüdlü Terikli Fazil və bacısı qızı, 2003-cü il təvəllüdlü Tercan Eda ilə birlikdə itkin düşdüyünü bildirib.

Nizami rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən şəxslərin yeri qısa müddətdə müəyyən edilib və onlar ailələrinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.