523
11:13
21 Noyabr 2019

“Gender bərabərliyi və media" vəsaiti "APA Group"a  təqdim olunub - FOTO

Avropa Şurasının "Mediada gender bərabərliyi və digər etik standartların təşviqi" proqramı çərçivəsində hazırlanmış “Gender bərabərliyi və media" vəsaiti "APA Group"a təqdim olunub.

Lent.az -ın məlumatına görə, kitabın müəllifi Müşfiq Ələsgərli vəsaiti "APA Group"un rəhbəri Vüsalə Mahirqızına təqdim edib.

Müəllifin bildirdiyinə görə, kitab daha 30 KİV redaksiyasına təqdim olunacaq.

Qeyd edək ki, vəsaitin təkmil hazırlanması, mövzu üzrə əhəmiyyətli bilgi verməsi nəzərə alınaraq, onun həm ingilis, həm də Azərbaycan dilində olan versiyaları Avropa Şurasının saytında yerləşdirilib.

Vəsait yerli və beynəlxalq mütəxəssislərin həmmüəllifliyi ilə hazırlanıb. Azərbaycan üzrə müəllif JuHİ sədri, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi, media eksperti Müşfiq Ələsgərlidir. Digər müəllif isə Belqrad Universitetinin Siyasi elmlər fakültəsinin professor Dr Yelena Surcilija Milojevic-dir.