417
12:19
21 Noyabr 2019

QHT Şurası qrant müsabiqələri elan etdi - Azərbaycanda bir ilk

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı 18 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqələri elan edib. Bu, Azərbaycanda ilk dəfə baş verir

Şuradan Lent.az -a verilən məlumata görə, qrant müsabiqəsi 20 noyabr-16 dekabr 2019-cu il tarixlərini əhatə edir.

Hər QHT ixtisaslaşdığı mövzu üzrə yalnız bir qrant müsabiqəsində iştirak edə bilər.

QHT-lər layihələrini Şuranın www.selis.az saytının “E-ərizə” bölməsi vasitəsilə təqdim edə bilər.

Qrant müsabiqələri elanının mətni Şuranın www.cssn.gov.az, www.selis.az və www.qhtxeber.az saytlarında yerləşdirilib.

Qeyd edək ki, Şura 2020-ci ildə digər qurumlarla da birgə qrant müsabiqələri keçirməyi nəzərdə tutur.