625
12:32
21 Noyabr 2019

Dünyanın ən cəld pianoçusu BAKIDA

"Azərbaycana gəlməmişdən bura haqqında məlumatım var idi, paytaxt Bakı, dininiz, ölkəniz haqqında məlumatlı idim".

APA-nın məlumatına görə, bunu "Cəld barmaqlar" ləqəbli, Ginnesin Rekordlar Kitabına dünyanın ən cəld pianoçusu kimi düşən Peter Bence Bakıda keçirəcəyi konsertlə bağlı təşkil edilən mətbuat konfransında bildirib. O bildirib ki, Azərbaycanın milli yeməklərini çox bəyənib: "Səbirsizliklə yeni yeməklərinizin dadına baxmağı gözləyirəm".

Sabah keçiriləcək konserti barədə danışan Peter Bence konsert zamanı Azərbaycanın əməkdar artisti, tar ifaçısı Şəhriyar İmanovla yeni musiqi ifa edəcəklərini bildirib. O qeyd edib ki, bu musiqidə tar və Azərbaycanın digər milli musiqi alətlərindən istifadə ediləcək.

O qeyd edib ki, öz musiqiləri ilə məşğul olduğu üçün başqa ifaları dinləməyə zamanı qalmır: "Azərbaycanın milli musiqilərinə qulaq asmışam, amma ifaçılarla bağlı məlumatım yoxdur". P.Bence eyni zamanda qeyd edib ki, Əzizə Mustafazadə ilə bağlı daha ətraflı məlumat öyrənəcək.

O eyni zamanda köhnə musiqilərini ifa edəcəyini də deyib.