535
15:14
21 Noyabr 2019

Prezident Sumqayıtda bir neçə binanın açılışında iştirak edib

Noyabrın 21-də Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib.

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib.

Dövlət başçısı Muğam Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Prezidenti Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışında da iştirak edib.

Dövlət başçısı kinoteatrın binasının rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev Sumqayıt Dənizkənarı Bulvar Kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə də tanış olub.