490
14:46
22 Noyabr 2019

Keçmiş məhkum narkotiklə tutuldu


Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Quliyevdən 21 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, polis əməkdaşları ona narkotik vasitəni satmaqda şübhəli bilinən Ş.Babayevi də müəyyən edərək saxlayıblar. Ətrafında aparılmış tədbirlərlə ondan isə 107 qramdan artıq heroin, 101 qramdan artıq marixuana, 39 qramdan artıq metamfetamin və 1 ədəd elektron tərəzi götürülüb.