697
19:44
22 Noyabr 2019

Futbol assosiasiyasının prezidentinə cinayət işi qaldırıldı

Ukraynanın Baş Prokurorluğu ölkənin Futbol Assosiasiyasının prezidenti Andrey Pavelko da daxil olmaqla vəzifəli şəxslərə qarşı 5 cinayət işi qaldırıb.

Lent.az Ukrayna KİV-nə istinadla bildirir ki, Pavelko futbol meydanlarının tikintisinə ayrılan 270 milyon qrivnanı mənimsəməkdə şübhəli bilinir.

Bundan əlavə, sosial proqramlar çərçivəsində Ukrayna Fubol Assosiasiyasına UEFAnın ayırdığı pul vəsaitinin təyinatı üzrə xərclənməməsi ilə bağlı araşdırma aparılır.