1048
19:03
22 Noyabr 2019

Xalq artistimizdən qeyri-adi klip təqdimatı

Xalq artisti Nazpəri Dostəliyeva "Dözmədim Sənsizliyə" adlı klipini“Azərkitab” Kitab Təbliğatı Mərkəzində təqdim edib.

Lent.az xəbər verir ki, xalq artisti təqdimatının kitab mərkəzində keçirilməsinin əsas məqsədinin gənc nəsildə kitaba maraq yaratmaq olduğunu bildirib: "Bu gün gənc nəslin mütaliəyə böyük ehtiyacı var. Mən məhz bu məqsədlə təqdimatı kitab mərkəzində keçirtmək istədim. Düşünürəm ki, bu sənətçilər arasında bir ənənəyə çevrilməlidir".

Mahnının və klipin ərsəyə gəlmə prosesindən danışan Xalq artisti mahnıda duet ortağını da ictimaiyyətə təqdim edib. Mahnının eyni zamanda söz yazarı olan Eltəkin Səfərəliyevin ixtisasca stamatoloq olduğunu diqqətə çatdırıb. Sonra rejissoru Şahnaz Ayazqızına aid olan klip mediaya təqdim olunub.

Qeyd edək ki, "Dözmədim Sənsizliyə" mahnısının musiqisi Nailə Mirməmmədliyə aiddir.