2778
19:23
26 Noyabr 2019

Məşhur müğənni onunla yenidən evlənir?

Tv8-də yayınlanan “Gəl danışaq” proqramında bu gün fləş bir iddia ortaya atılıb.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, iddialara görə, bir neçə ay öncə boşanan Sərdar Ortac və Kloe Loughann 3 həftə öncə bir araya gəlib.

Beş illik evliliklərini bir anda bitirən Sərdar Ortac ilə Kloe Loughannın daha əvvəl həyatlarına başqa adamlarla davam etdikləri yönündə xəbərlər çıxmışdı. Ancaq hər dəfə bu xəbərləri yalanlayan Sərdar və Kloe üçün bomba bir iddia ortaya atılıb.

Adıçəkilən proqramın aparıcısı Cengiz Semercioğlunun iddiasına görə, Sərdar Ortac ilə Kloe Loufhmann 3 həftə öncə görüşüb və tanınmış müğənni keçmiş həyat yoldaşına yenidən evlilik təklif edib. Kloenin də təklifə müsbət yanaşdığı bildirilir.