1010
15:22
01 Dekabr 2019

Yeni il üçün asan hazırlanan salat - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Gunel Ahmedova” adı ilə məşhur olan səhifəyə istinadla bayram üçün asan hazırlanan salat resepti ilə tanış edəcəyik.

Tərkibi:

100 qr düyü, 5 ədəd yumurta, 1 ədəd böyük kartof, 200 qr toyuğun döş əti, 1 banka qarğıdalı konservası, 1 dəstə soğan, 2, 3 yemək qaşığı mayonez, duz, istiot zövqə görə, 1 ədəd çuğundur.

Hazırlanması:

Düyünü, toyuğun döş ətini, yumurtanı və kartofu ayrı-ayrılıqda bişiririk. Sonra düyünü salatı hazırlayacağımız qaba əlavə edirik. Daha sonra kartofu sürtgəcdən keçiririk və göyərtini doğrayıb onu da qaba tökürük. Sonra qarğıdalı koservasını, mayonezi və duzu, istiotu töküb qarışdırırıq. Salatı hazırladıqdan sonra üzərini strec plyonkayla bağlayıb soyuducuya yerləşdirir və 30 dəqiqə saxlayırıq. Sonra soyuducudan çıxarıb salatı bəzəyirik. Bunun üçün iki yumurtanın ağı və çuğundurdan istifadə edirik. Yumurtanın ağını doğrayırıq və çuğunduru sürtgəcdən keçirib salatımızı hazırlayırıq. Salatı boşqaba qoyuruq və aşağı hissəsinə perqament kağızı çəkib üzərini çuğundurla bəzəyirik. Sonra kağızı açıb həmin hissəyə mayonez vururuq və yumurtanın ağı ilə bəzəyirik. Holland pendirindən kəsilmiş 2020-ni də üstünə əlavə edib servis edirik.

Nuş olsun!