440
13:53
02 Dekabr 2019

Qarabağda bir erməni hərbçi öldü, biri yaralandı

Ermənistan ordusu işğal altında saxladığı Dağlıq Qarabağda daha bir itki ilə üzləşib.

Lent.az Ermənistan KİV-nə istinadla bildirir ki, dekabrın 2-də saat 06:50-də hərbi hissələrdən birində hələ ki məlum olmayan səbəbdən atışma baş verib.

Nəticədə 21 yaşlı Artur Adjamyan ölümcül güllə yarası alıb, 20 yaşlı David Melikbekyan isə yaralanıb.

Hazırda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.