588
17:45
02 Dekabr 2019

Nazirlər Kabinetində yeni şöbələr yaradıldı

Nazirlər Kabinetində yeni şöbələr yaradılıb.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabineti Aparatının yeni strukturunda əksini tapıb.

Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin əsasında İqtisadiyyat şöbəsi, Beynəlxalq əlaqələr şöbəsinin əsasında Beynəlxalq əməkdaşlıq şöbəsi, Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinin əsasında Regionların inkişafı şöbəsi və Aqrar və ekologiya şöbəsi, həmçinin yeni Xarici iqtisadi əlaqələr şöbəsi yaradılıb.