1070
23:28
02 Dekabr 2019

Ziya Bünyadov prospektində baş vermiş qəzada 6 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Bakının Binəqədi rayonunda, Ziya Bünyadov prospektində baş vermiş ağır yol qəzası nəticəsində 6 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib. Onlardan birinin - hamilə qadının vəziyyətinin ağır olduğu deyilir. Həmin şəxs xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, yol qəzasının 10-MD-081 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürət həddini aşması səbəbindən meydana gəldiyi bildirilir. Ərazidə olan polis əməkdaşlarının verdiyi məlumata görə, həmin avtomobil metronun "Koroğlu" stansiyası istiqamətində hərəkətdə olan zaman idarəetmədən çıxıb və qarşı yola keçib, nəticədə əks hərəkət zolağı ilə hərəkətdə olan digər "BMW" və "Opel" markalı nəqliyyat vasitələrinə çırpılıb.

Avtoqəzadan sonra prospektin hər iki istiqamətində güclü tıxac yaranıb, hərəkət məhdudlaşdırılıb. YPX əməkdaşları sürücüləri alternativ yollara istiqamətləndirib.

***

Saat 22:27

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, avtoqəza Binəqədi rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.

Hadisə zamanı iki "BMW" və "Opel" markalı avtomobillər toqquşub. Nəticədə xəsarət alanların olduğu deyilir.

Ərazidə polis əməkdaşları araşdırmalar aparır. Xilasetmə məqsədilə FHN-in əməkdaşları da hadisə yerinə cəlb olunub.

Təfərrüatlar dəqiqləşdirilir.