606
19:08
05 Dekabr 2019

Keçmiş məhkum başqasının bank hesabından pul oğurladı

Abşeron rayonunda bank hesabından pul oğurlanması faktının üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il oktyabrın 29-dan noyabrın 6-dək olan müddətdə Masazır qəsəbə sakini R.Abbaslının bank hesabından 300 manat çıxarıb oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş O.Cəlilov saxlanılıb.