408
19:46
05 Dekabr 2019

Evlərdən və maşından oğurluq edənlər saxlanıldı

Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da rayon ərazisindəki evlərin birindən kombi aparatı, su qızdırıcısı və televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Süleymanov saxlanılıb.

Lent.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də rayon ərazisindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Hüseynov saxlanılıb, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsinin əməkdaşları dekabrın 2-də rayon ərazisindəki evlərin birindən 2500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü, Bakı şəhər sakini H.Məmmədovu saxlayıb.

Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşları noyabrın 12-də şəhər ərazisində 1 avtomobildən 100 manat oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş A.Feyziyev saxlayıb.