1313
11:53
06 Dekabr 2019

Tanınmış jurnalist yeni vəzifəyə təyin edildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov yeni vəzifəyə təyin edilib.

Lent.az xəbər verir ki, o, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İctimaiyyətlə əlaqələr sektorunun müdiri təyin edilib.

Bu barədə M.Əmirov “facebook” sosial şəbəkəsindəki hesabında yazıb.

Qeyd edək ki, M.Əmirov əvvəllər də bu nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.