2382
12:15
06 Dekabr 2019

Tolik Aqşinlə canlı yayımda MÜBAHİSƏ ETDİ: "Sənin "podruqaların..."

Meyxanaçı Aqşin Fatehlə prodüser Tolik (Tarix Əliyev) arasında mübahisə yaşanıb.

Lent.az -ın məlumatına görə, bu gün “Hər şey daxil” verilişində qonaq olan söz ustasına Tolik “Meyxanaçıların heç biri sənin fikirlərini dəstəkləmir” , - deyib. Aqşin isə bildirib: “İllərin sənətkarları var ki, çalışırlar, trendə düşə bilmirlər. Amma biz düşürük”.

Prodüser “Bu gün Brilliant Dadaşovanın mahnısı trendə düşmür. O demək deyil ki, sizin sənətiniz onun sənətindən üstündür. Bu gün nə sən, nə də duet ortağın deyə bilməz ki, bir nömrəsiniz”, - deyib.

Onun fikirlərinə söz ustası sonda bu cür münasibət bildirib: “Bu uğuru qısa müddətdə əldə eləmişik. Bunu illərlə əldə etməyənlər var. Hər zaman mənim sözümü kəsirsən. Alim Qasımov, Brilliant Dadaşovanın sahəsi başqadır. Öz sahələrində bir nömrədirlər. Niyə gözünüz götürmür? Sənin “podruqalar"ın trendə düşmədiyindən belə danışırsan?”