424
12:32
06 Dekabr 2019

“Qalatasaray” Şakirini transfer etmək istəyir

“Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Lent.az -ın məlumatına görə, Türkiyə təmsilçisi “Liverpul”un yarımmüdafiəçisi Xerdan Şakiri ilə yaxından maraqlanır.

“Cim-bom” isveçrəli futbolçunu yanvarda heyətinə qatmaq niyyətindədir. “Qalatasaray” rəhbərliyi Şakirini mövsümün sonuna qədər icarəyə götürmək, yayda isə transfer hüququnu birdəfəlik almağı planlaşdırır. 28 yaşlı oyunçunun bu təklifə qarşı çıxmayacağı bildirilir. Çünki “Liverpul”da əsas heyətə düşməkdə çətinlik çəkən Şakiri daim oynayacağı komandaya keçmək istəyir.

Qeyd edək ki, Şakiri İngiltərə çempionatının cari mövsümündə cəmi 3 oyunda iştirak edib və 1 qol vurub.