734
18:41
06 Dekabr 2019

Axtarışda olan şəxs saxlanıldı

Azərbaycanda axtarışda olan şəxs saxlanılıb.

Lent.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan R.Tağıyev tutulub.

Faktla bağlı araşdırma aparılır.