2336
19:39
06 Dekabr 2019

Azərbaycanda gənc oğlan qazdan boğuldu

Sumqayıt sakini dəm qazından boğulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. 24 yaşlı Ağayev Ağasahib Elşad oğlu hamam otağında dəm qazından boğularaq ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.