749
12:21
07 Dekabr 2019

Taekvondoçumuz Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib

Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.

Apasport.az saytının məlumatına görə, ikiqat dünya çempionu Moskvada keçirilən Qran-prinin finalına yüksəlməklə bu hüquqa yiyələnib.

80 kq çəkidə mübarizə aparan idmançı dünya reytinqindəki mövqeyinə əsasən Tokio-2020-də millinin heyətində yer alacaq. Hazırda dünyada ikinci olan Olimpiya mükafatçısının lisenziyası dekabrın sonunda rəsmiləşəcək. İlin son reytinqinə əsasən Olimpiadaya yollanacaq ilk taekvondoçuların adları da dəqiqləşəcək.