1497
17:36
07 Dekabr 2019

Lotereyada 842 min uddu, aldığı torpaqdan XƏZİNƏ ÇIXDI

Hindistanda ötən il lotereyada 842 min dollar udan şəxs, həmin pula aldığı ərazidə xəzinə tapıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Hindistan mediası yazıb.

Lotereyada bəxti gətirən Rathnakaran Pillai həmin pulun bir qısmi ilə ölkənin Kerala vilayətində torpaq satın alıb. Daha sonra o, ərazidəki köhnə bir məbədin yanında qızıl sikkələrlə dolu qazan tapıb.

Şanslı sakin tapdığı 2500 qızıl sikkəni səlahiyyətli şəxslərə təslim edib.

Mütəxəssislər Travancore Krallığına aid olduğu düşünülən sikkələri ilə bağlı araşdırmaya başlayıblar.