943
19:30
07 Dekabr 2019

Bərdədə iki avtomobil toqquşdu, 1 nəfər ölüb - FOTO

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb. Belə ki, 09-BX-278 dövlət nömrə nişanlı "Mercedes" markalı yük maşını 90-RM-177 nömrə nişanlı "VAZ 21015" markalı maşınla toqquşub. Nəticədə "VAZ 21015"in sürücüsü, 40 yaşlı Abdullayev Musviq Mikayıl oğlu hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.