519
08:15
08 Dekabr 2019

Fransada yürüşə 6 minə yaxın etirazçı qatıldı

Paris, Nant, Marsel və Bordo da daxil olmaqla Fransanın bir sıra böyük şəhərlərində hökumət əleyhinə yenidən etiraz yürüşləri keçirilib.

APA-nın “France Info” radiosuna istinadən verdiyi məlumata görə, etiraz aksiyasının 56-cı günündə nümayişçilərin sayı təxminən 6 minə çatıb.

Etirazşıların əsasən hökumətin elan etdiyi pensiya islahatlarına qarşı şüarlar səsləndirdiyi bildirilir. Polis nümayişçilərin xəbərdarlığa riayət etməməsi səbəbindən gözyaşardıcı qazdan istifadə edib.

Mitinqin bir neçə saat davam etdiyi bildirilir.

Bordo şəhərində hüquq-mühafizə orqanları tərəfindən üzərində “molotov kokteyli”, çəkic və müxtəlif partlayıcı paketlər gəzdirən 16 nəfər saxlanılıb.

Polis etiraz nümayişinin dağıdılmasına nail olub.