1052
15:46
08 Dekabr 2019

Nadir oğluna gəlin axtarır: "Yaxşı qız tapmaq çətindir" - VİDEO

Müğənni Nadir Qafarzadə "Zaurla Günaydın" verilişinin qonağı olub.
Sənətçi böyük oğlunu evləndirmək istəməsindən danışıb. Nadir bildirib ki, gəlin tapmaqda çətinlik çəkir:

"Bir çox valideynlər bu problemi yaşayır. Yaxşı qız da, oğlan da var. Amma tapmaq çətindir. Qıza deyəndə ərə get, oğlana evlən, çətinlik çəkirlər. Mənim üçün həyat yoldaşımı bacım bəyənib.

Amma indi biz bəyənsək də, qərar vermək çətin olur. Qızın oğlana, oğlanın qıza qarşı çirkinliyi əvvəl yox idi. Tək oğlan üçün yox, qız üçün də yaxşı həyat yoldaşı tapmaq asan deyil".

(Axşam.az)