430
19:08
11 Dekabr 2019

Qadın keçmiş məhkum oğurluğa görə saxlanıldı

İsmayıllıda evdən 5000 manat və 850 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Lent.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 7-də rayon ərazisindəki evlərin birindən 5000 manat və 850 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş N.Mahmudova saxlanılıb.