722
11:00
12 Dekabr 2019

Ukraynada Lotu Qulinin adamı saxlanıldı - “sxodka” baş tutmadı

Ukraynanın Luqansk vilayətinin Lisiçansk şəhərində kriminal “sxodka”nın qarşısı alınıb.

Lent.az -ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, hazırda Dubayda məskunlaşan Lotu Qulinin UKraynanın bu bölgəsinə göndərdiyi emissar yerli kriminal qruplaşmaları bir yerə yığmalıymış.

Amma yerli polis öz agentura şəbəkəsi vasitəsi ilə bundan xəbər tutub. Nəticədə “sxodka” baş tutmayıb. Qulinin adamı isə həbs edilib.