1277
12:55
12 Dekabr 2019

Rayondan gəlib metroda özünü öldürmək istədi

Dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, bu zaman orada olan nazirliyin BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşlarının dərhal gördüyü tədbirlərlə həmin şəxs qatar yolundan çıxarılıb.

Onun Masallı rayon sakini V.Əzimov olduğu müəyyən edilib.