4586
13:29
12 Dekabr 2019

Gənc qadın azyaşlı uşaqlarını qoyub başqa kişi ilə qaçdı - TƏFƏRRÜAT

Kürdəmirdə ana 2 uşağını qoyub evdən qaçdı.

Lent.az -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə rayonun Qarabucaq kəndində baş verib. Kənd sakini Leyla Həsənova 2 azyaşlı uşağını qayınatası evində qoyaraq başqa kişi ilə qaçıb. L.Həsənovanın kənddə qayınatası, qayınanası və qaynı ilə birgə yaşadığı bildirilir. Onun kim ilə və hara qaçdığı barədə hələki dəqiq məlumat yoxdur.

Qadın 4 ildən artıqdır ki, ailəlidir. Həyat yoldaşı Qarabucaq kənd sakini Vasif Həsənov bu ilin yay aylarında qəfil yoxa çıxıb. Bir müddət sonra isə onun Gürcüstana qaçdığı və orada həbs olunduğu deyilir.

Hadisə ilə əlaqədar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ilkin məlumat report.az-da verilib.