3419
16:14
15 Dekabr 2019

Rulet salatının hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Gunel Ahmedova” adı ilə məşhur olan səhifəyə istinadla salat hazırlanması ilə tanış edəcəyik.

Ərzaqlar:

5 ədəd kartof, 4 ədəd yumurta, 250 qr toyuğun döş əti, 4 ədəd təzə xiyar, 50 qr qoz ləpəsi, 50 qr ərik qurusu, zövqə görə keşniş.
Bəzək üçün, mayonez, nar, qarox, sari pendir zövqə görə.

Hazırlanma qaydası:

Əvvəlcə kartofu, yumurtanı, toyuğun döş ətini bişiririk. Sonra Kartofu sürtgəcdən keçirib salatı hazırlayacağımız qaba əlavə edib üzərinə mayonez vururuq. Daha sonra toyuğun döş ətini xırdalayıb əlavə edirik, üzərindən isə mayonez çəkirik. Sonra yumurtanı sürtgəcdən keçirib əlavə edib, üzərinə qozu xırdalayıb və ərik qurusunu tökürük. Sonra mayonez vurub, xiyarı və doğranılmış göyərtini əlavə edirik. Yenidən mayonez çəkib rulet şəkilində büküb soyuducuda 2-3 saat saxlayırıq. Soyuducudan çıxardıqdan sonra üzərini nar, qarox və pendirlə bəzəyib servis edirik.

Nuş olsun!