508
10:49
13 Dekabr 2019

Bakıda evdən daha bir çürümüş meyit tapıldı

Bakıda evdən meyit tapılıb.

APA-nın məlumatına görə, hadisə dünən paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayon sakini, 73 yaşlı Latkina İrina İvanovnanın çürümüş meyiti mənzilində aşkarlanıb. Meyit qonşuların kəskin qoxu hiss etməsindən sonra müəyyən olunub.

Araşdırma zamanı İ. Latkinanın təxminən 11-13 gün əvvəl vəfat etdiyi məlum olub.

İ.Latkinanın meyitinin ilkin müayinəsi zamanı ona kəskin çürümə diaqnozu qoyulub. Ölümün səbəbləri araşdırılır.