688
12:21
13 Dekabr 2019

Qazdan zəhərlənmə - 13 gündə 14 nəfər

“Dekabr ayının 1-dən 13-dək 14 nəfər dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzə müraciət edib”.

Bu barədə Lent.az -a açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib. O bildirib ki, müraciət edənlər arasında ölüm faktı qeydə alınmayıb:

“14 nəfərdən 6-na ilkin yardım göstərildikdən sonra evə buraxılıb. Digər 8 nəfər isə bir neçə gün xəstəxanada müalicə edilib”.

A.Maqsudov qeyd edib ki, dəm qazından zəhərlənənlər arasında bir nəfər azyaşlı olub və ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.