435
16:26
13 Dekabr 2019

Bu il təmas xəttində sərhəd döyüş məntəqələrinin mövqeləri 1,7 km-dək irəli çəkilib

Bu ilin mart və iyun-iyul aylarında düşmənin Qazax rayonunun Babakar dağı istiqamətində öz mövqelərini Azərbaycan ərazisinə doğru irəli çəkmək cəhdləri vaxtında aşkarlanıb, qabaqlayıcı tədbirlər nəticəsində sərhəd döyüş məntəqələrinin döyüş mövqelərinin 1,5-1,7 km irəli çəkilməsinə nail olunub.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Lent.az -a verilən məlumata görə, bu barədə DSX-nin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Qeyd edilib ki, bunun nəticədə müqabil ərazidəki Gürcüstandan Ermənistana gedən qaz xəttinin və qaz-kompressor stansiyasının tam nəzarətdə saxlanılmasına nail olunub.