494
16:33
13 Dekabr 2019

Bu il xarici münaqişə zonalarında döyüşmüş 6 Azərbaycan vətəndaşı saxlanılıb

Bu il xarici münaqişə zonalarında döyüşmüş 23 nəfərin şəxsiyyəti müəyyənləşib.

APA-nın xəbərinə görə, bu barədə Dövlət Sərhəd Xidmətinin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Qeyd olunub ki, onlardan 6 nəfər Azərbaycan vətəndaşı saxlanılıb, qanunsuz miqrasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.