644
16:44
13 Dekabr 2019

Azərbaycanda danışılmış oyunlara görə 25 nəfər cəzalandırıldı

AFFA-nın İntizam Komitəsinin növbədənkənar iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda I divizionda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2” futbol klublarının iştirakı ilə keçirilən şübhəli oyunlar müzakirə olunub.

Bu komandaların bir neçə matçında qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırma dinlənilib. Həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçularının, futbol funksionerlərinin, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyənləşib.

Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq aşağıda adları göstərilən 25 şəxsin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub:

“Turan Tovuz”

Qocayev Sənan – futbolçu
Rüstəmov Misir – futbolçu
Bağırov Emin – futbolçu
Sadıqov İlkin – futbolçu
Məmmədov Rüfət – futbolçu
Tağıyev Eltay – futbolçu
Quluzadə Şahin – futbolçu

“Ağsu”

Kərimov Rəşad – icraçı direktor
Bayramov Kənan – qapıçılar üzrə məşqçi
Hacıyev Ənvər – klubun işçisi
Əliyev Ramil – futbolçu
İbrahimov Vüsal – futbolçu
Əmrahov Qalib – futbolçu
Əliyev Elçin – futbolçu
Əliyev Məhəmməd – futbolçu
Həşənov Şamo – futbolçu
Mirzalıyev Ruslan – futbolçu
Quliyev Orxan – futbolçu
Rəhimov Fərrux – futbolçu
Həşimov Elçin – futbolçu
Babayev Malik – futbolçu
Kərimov Ramil – futbolçu
Mustafayev Vüsal – futbolçu
Məmmədov Kənan – futbolçu

“Zirə-2”

Əliyev Səbuhi – futbolçu

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.

Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apelyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.