542
11:06
14 Dekabr 2019

Neymar "Barselona"nı yenidən məhkəməyə verdi

Neymar sabiq klubu "Barselona"nı yenidən məhkəməyə verib.

27 yaşlı hücumçu PSJ-yə transfer olunduqdan sonra Kataloniya klubunun hələ də ona maaş borcu olduğunu iddia edib. Braziliyalı oyunçunun La Liqa təmsilçisindən təxminən 3 milyon 500 min avro tələb etdiyi bildirilir.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə "Barselona"da çıxış edib. (qol.az)