2218
13:32
14 Dekabr 2019

Dünyanın ən bahalı oyunçularının SİYAHISI - Ronaldo TOP-15-də yoxdur

KMPG auditor şirkəti dünyanın ən bahalı oyunçularının yeni siyahısını hazırlayıb.

12 liqadan 5000-dən çox futbolçunun transfer dəyəri qiymətləndirilib. Siyahıya PSJ-nin futbolçusu Kilian Mbappe başçılıq edir. 21 yaşlı hücumçunun dəyəri 225 milyon avro müəyyən olunub.

İlk 10-luq:

  1. Kilian Mbappe (PSJ) -225 milyon avro
  2. Neymar (PSJ) -185 milyon avro
  3. Lionel Messi ("Barselona") - 180 milyon avro
  4. Eden Azar ("Real") - 152 milyon avro
  5. Rahim Sterlinq ("Mançester Siti") - 150 milyon avro
  6. Məhəmməd Salah ("Liverpul") - 150 milyon avro
  7. Harri Keyn ("Tottenhem") - 140 milyon avro
  8. Sadio Mane ("Liverpul") - 130 milyon avro
  9. Kevin de Bruyne ("Mançester Siti") - 130 milyon avro
  10. Antuan Qrizmann ("Barselona") - 125 milyon avro

Maraqlıdır ki, Kriştiano Ronaldonun adı hətta TOP-15-ə də düşməyib. (qol.az)