608
14:43
14 Dekabr 2019

Avtomobil toy karvanından çıxaraq qazpaylayıcı qutuya çırpıldı

Ağcabədi rayonunun Muğanlı kəndində toy karvanında olan avtomobillərdən biri yoldan çıxaraq qaz tənzimləyici şkafa çırpılıb.

“Azəriqaz” İB-dən Lent.az -a verilən məlumata görə, nəticədə avadanlıq sıradan çıxıb. Bu gün saat 12:40-dan təqribən 340 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.