751
19:28
14 Dekabr 2019

Sudanın keçmiş prezidenti həbs edildi

Sudanın keçmiş prezidenti Ömər əl-Bəşir 2 il müddətinə həbs cəzası alıb.

APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, Xartum şəhərində keçirilən məhkəmə iclasında keçmiş prezidentə korrupsiya ittihamı ilə hökm oxunub.

Qeyd edək ki, Sudanı 30 il müddətində idarə edən Ömər əl-Bəşir aylarla davam edən aksiyalardan sonra bu il aprelin 11-də hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb.